Madrid "Real"ının baş məşqçisi Z.Zidan "Mançester Yunayted"dən Pol Poqba PSJ-dən isə Neymarı transfer etmək istədikləri iddialarına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki,təcrübəli mütəxəssis bununla bağlı fikirlərini belə ifadə edib:

"Poqba "Mançester Yunayted"in futbolçusudur. Biz buna hörmət etməliyik. Neymar da "Real"ın oyunçusu deyil. Mən öz futbolçularımdam razıyam. Komandada olan hər kəs önəmlidir".