İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi yeni mövsümdən iş başında ola bilər.
Offsideplus.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ölkəsində çalışmağa yaxındır.
Çünki "Sevilya" 53 yaşlı çalışdırıcının xidmətində maraqlıdır. Ötən ilin oktyabrında "Real"dan qovulduqdan bəri işsiz olan Lopeteqi ilə klub arasında danışıqlar davam edir.
Onun "Bavariya"nın "sükanı arxası"na keçməsi də istisna edilmir.