Madrid "Real"ının uelsli futbolçusu Qaret Beyl Madrid klubunda qalmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, bu barədə hücumçunun agenti Barnett məlumat verib: "Qaret komandada qalmaq istəyir. Zinəddin Zidanın onu istəyib-istəmədiyini bilmirəm. Beylin 2020-ci ilin iyununa kimi müqaviləsi var və o vaxta kimi komandada qalmaq istəyir. O, dünyanın ən yaxşı 3-4 oyunçusundan biridir".

 Qeyd edək ki, "Real"ın Beyli satacağı iddia olunur.