"Barselona" klubunun futbolçusu Filippe Koutinyo yayda klubunu dəyişə bilər. 

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu "Yuventus"un maraq dairəsindədir.

Koutinyo Turin klubunda yayda komandanı tərk etmək istəyən Paulo Dibalanı əvəz edə bilər.

Qeyd edək ki, ötən ilin qışından Kataloniya klubunda çıxış edən "sambaçı" bu mövsüm 49 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə edib.