“Liverpul”un futbolçusu “Real”ın hədəfindədir.

Offsideplus.az “Marca”ya istinadən xəbər verir ki, yenidən “kral klubu”nun  baş məşqçi postuna təyin olunan Zinəddin Zidan, Mersisayd təmsilçisinin 26 yaşlı futbolçusu Sadio Manenin transfer olunmasını istəyib.

“Liverpul”un Manenin komandadan ayrılacağı təqdirdə, “Lion”un futbolçusu Memfis Depayı transfer edəcəyi deyilir.

“Liverpul”la 2023-cü ilədək müqaviləsi olan Mane, bu mövsüm iştirak etdiyi 38 oyunda 20 qol vurub.