İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində bu gecə "Barselona" ilə qarşılaşacaq "Real"ın yekun heyəti açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Santyaqo Solari oyun üçün 20 futbolçu sifariş edib. İsko qeyri-müəyyən səbəbdən heyətə daxil edilməyib.

Qapıçılar: Keylor Navas, Tibo Kurtua, Luka Zidan

Müdafiəçilər: Daniel Karvahal, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Marselo, Alvaro Odriosola, Serxio Reqilon

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Federiko Valverde, Marko Asensio, Daniel Sebalyos

Hücumçular: Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Vinisius Junior

Xatırladaq ki, "Santyaqo Bernabeu"da keçiriləcək görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək.