"Barselona" "Atletiko"dan Saul Niquesin transfer etmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu Madrid təmsilçisinə 110 milyon avroluq təkliflə müraciət etməfə hazırlaşır.
"Marca" iddia edir ki, "Barselona" komandadan ayrılacağı gözlənilən İvan Rakitiçin yeerini Niqueslə doldurmaq istəyir.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu mövsüm 32 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.