Bu gün İspaniyada 2019-cu ilin ilk "El-Klassiko"su olacaq.

Offsideplus.az-ın məlumatına görə, əzəli rəqiblər - "Barselona" və "Real" klubları bu dəfə Kral kubokunda münasibətlərinə aydınlıq gətirəcəklər. Komandaların yarımfinal mərhələsində ilk görüşü "Nou-Kamp"da keçiriləcək. Kataloniyalılar doğma azarkeşləri önündə "kral klubu"nu məğlub edib cavab oyunu üçün sərfəli nəticə qazanmağa çalışacaq. Madrid təmsilçisi isə çətin səfər matçında meydana ən azı uduzmamaq üçün çıxacaq.

Oyun saat 00:00-da başlayacaq.