"Mançester Yunayted"dən uzaqlaşdırılan Joze Mourinyo yenidən İspaniyada çalışa bilər.
Offsideplus.az "El Pais"ə istinadən məlumatına görə, "Real" rəhbərliyi portuqaliyalı mütəxəssisi qaytarmaq fikrinə düşüb.
"Kral klubu" hələ oktyabr ayında Mourinyoya təklif göndərmiş, ardından vitse-prezident Xose Anxel Sançes məşqçinin meneceri Jorje Mendeşlə görüşmüşdü. Madridlilər iyulun 1-dən etibarən onu komandanın "sükanı arxası"na gətirmək niyyətindədir. "Real" 55 yaşlı çalışdırıcıya ilinə 20 milyon avro maaş və transfer məsələlərində tam səlahiyyət təklif edib.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib.