Madrid "Real"ı PSJ-nin futbolçusu Edinson Kavanini transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Madrid klubunun prezidenti Florenino Peresin məhz bu qış uruqvaylı hücumçunu komandada görmək istəyir. "Real"ın Kavani üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd eək ki, E.Kavani bu mövsüm 12 matçda 9 qol vurub, 1 məhsuldar ötürmə verib.