"Barselona"nın ulduzu Səudiyyə Ərəbistanına bu ay getməyəcək.
Offsideplus.az xəbər verir ki, “Əl Hilal”in baş məşqçisi Simone İnzaqi “Barselona” ilə Joao Kanselonun mümkən mübadiləsi ilə bağlı danışıqlarda maraqlı şərt irəli sürüb. İtaliyalı mütəxəssis potensial anlaşmaya Robert Levandovskinin də daxil edilməsini istəyib.
Lakin məlumatlara görə, polşalı hücumçu yanvarda klubunu dəyişmək niyyətində deyil və Səudiyyə Ərəbistanına keçidə maraq göstərməyib.
Beləliklə, “Əl Hilal”ın tələbinə baxmayaraq, Levandovski qış transfer pəncərəsində “Barselona”da qalmağa üstünlük verir.



