Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreiranın oğlu məhkəmədə verdiyi ifadə ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, o, atasının “Barselona”dan pul aldığından xəbərsiz olduğunu bildirib.
Neqreiranın oğlu deyib ki, atası ona heç vaxt klubdan pul götürməyəcəyini deyirmiş:
“Atam həmişə deyirdi ki, etik baxımdan vəzifəsinə görə heç bir klubdan bir avro da almaz.”
Onun sözlərinə görə, yalnız sonradan bu ödənişlər barədə məlumat əldə edib və məsələ ilə bağlı atasına sual verib:
“Barselona"dan pul aldığını öyrənəndə ondan soruşdum. Bu mövzuda mənə qarşı çox aqressiv davrandı və ‘Bu sənə nə aidiyyəti var?’ deyə reaksiya verdi.”
Xatırladaq ki, “Barselona” klubunun illər üzrə Neqreira və onun ailə üzvlərinə ödəniş etməsi ilə bağlı qalmaqal İspaniyada böyük rezonans doğurub və iş hazırda məhkəmədə araşdırılır.



