İspaniya Prokurorluğunun yaydığı məhkəmə sənədlərinə görə, "Barselona" klubu hakimlərin vitse-prezidenti Neqreiraya və onun yaxınlarına müxtəlif ödənişlər edib.
Offsideplus.az xəbər verir ki, ödənişlər bu cür olub:
- 2005-ci ildə €60.900 “Aloe Vera hədiyyə paketləri” üçün ödənilib.
- 2010, 2012, 2014 və 2018 illərində Dünya Kuboku və Avropa Çempionatı matçlarının “qeydə alınması və oyunların rəqəmsallaşdırılması” adı altında 90 min-dən 145 min avroya qədər ödənişlər edilib. Maraqlıdır ki, bu ödənişlərin bəziləri həmin turnirlər başlamazdan əvvəl həyata keçirilib.
- Klub ödənişləri, həmçinin, Neqreiranın oğluna “təhsil məqsədləri”, keçmiş klub rəhbəri Xosep Kontrerasə isə “təmir işləri” adı altında da göndərib.
Sənədlər klubun hakimlər üzərindəki təsir imkanlarını artırmaq üçün şübhəli ödənişlər etdiyini göstərir.




