Dani Karvaxalın bu mövsümün sonunda "Real Madrid"dən ayrılmaq ehtimalı yüksəlib.
Offsideplus.az xəbər verir ki, futbolçu son qərarını Dünya Kuboku bitdikdən sonra verəcək.
Məlumata görə, Karvaxal müqavilə yeniləməsindən daha çox ayrılmağa yaxın vəziyyətdədir. Onun ən çox cəlb olunduğu istiqamət isə Qətərdir.
Dani artıq klubdakı karyerasının sonunun çox yaxın olduğunu bilir. Bu mövsüm onun klubdakı son mövsümü ola bilər.
Hazırda futbolçunun əsas prioritetləri: zədəsindən tam sağalmaq, 2026-cı ildə "Real Madrid" ilə titul qazanmaq və ən əsası, İspaniya yığması ilə Dünya Kubokunu qazanmaqdır. Müdafiəçi bilir ki, bu, onun yeganə çatışmayan kubokudur və son şansı olacaq.
"Real Madrid" rəhbərliyi ona gələn yay qalmaq və ya getmək seçimini verməyə hazırdır və onun hansı qərar verəcəyindən asılı olmayaraq dəstək olacaq.
Klub daxilində artıq bilirlər ki, yaxın zamanda bir digər klub əfsanəsi – Dani Karvaxal – ayrılacaq.



