"Barselona" klubu Erik Qarsiya ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, onunla yeni sözləşmənin müddəti 2031-ci ilin yayına qədərdir.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Katalon klubunun yetirməsi olan E. Qarsiya 2021-ci ilin yayında yenidən "blauqrana"ya qayıdıb.

O, cari mövsüm 22 oyun meydanda olub və 1 qol vurub.