"Real Madrid" klubunda Xabi Alonso problemi böyüyür.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun 5 futbolçusu onunla işləməkdən məmnun deyil. Bu futbolçular - Federiko Valverde, Cud Bellinqem, Vinisius Junior, Rodriqo və Endrikdir.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, X. Alonso bu ilin yayından Madrid təmsilçisini çalışdırır. Onun komandası hazırda La Liqada liderdir. Çempionlar Liqasında isə 9 xalla 7-ci yerdədir.