"Barselona" La Liqanın VI turunda səfərdə "Real Ovyedo" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

"Blauqrana"nın 2-ci qolunu Robert Levandovski vurub. O, "Barselona"da vurduğu qolların sayını 105-ə çatdırıb.

Beləliklə, polşalı hücumçu Neymara çatıb.

Qeyd edək ki, 37 yaşlı Levandovskinin İspaniya nəhəngi ilə müqaviləsi gələn ilin yayında başa çatır.