"Real Madrid" Klublararası Dünya Çempionatında əla performans göstərən Qonsalo Qarsiyanı heyətdə saxlamağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, gənc hücumçu icarəyə göndərilməyəcək. Xabi Alonso ondan razıdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Q. Qarsiya KDÇ-da 5 oyuna 4 qol vurmağı bacarıb. O, turnirin bombardirlərindən biridir.



