"Barselona" klubu maliyyə feyr-pley qaydalarına tam əməl edir.
Offsideplus.az xəbər verir ki, son illərdə maliyyə çətinlikləri yaşayan klub futbolçularını La Liqada qeydiyyatdan keçirməkdə problemlə üzləşirdi. La Liqanın prezidenti Xavyer Tebas Kataloniya təmsilçisinin prezidenti Joan Laportanın bu problemləri aradan qaldırdığını açıqlayıb.
Bu barədə "Sport" nəşri məlumat yayıb.
Klub artıq transfer bazarında istədiyini edə bilər, heç bir limitlə qarşılaşmayacaq.