İspaniya La Liqasının 2025/2026 mövsümü üçün təqvimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, növbəti çempionat bu il avqustun 17-də başlanacaq.
La Liqaya 2026-cı il mayın 24-də yekun vurulacaq.
Futbol azarkeşlərinin maraqla gözlədiyi, "Barselona" və "Real Madrid" arasında dünyanın ən maraqlı derbilərindən biri "El Klasiko"nun da vaxtı açıqlanıb.
Tərəflər arasında birinci görüş oktyabrın 26-da Madriddə, "Santyaqo Bernabeu"da olacaq.
La Liqanın ikinci "El Klasiko"su gələn il mayın 10-da "Barselona"nın ev stadionu "Spotify Camp Nou"da keçiriləcək.