"Barselona"nın La Liqa rəhbərliyinə müraciəti müsbət nəticələnib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi növbəti mövsüm liqanın ilk 4 oyununu səfərdə oynamaq barədə razılıq əldə edib.
Buna səbəb klubun stadionunda yenidənqurma işlərinin davam etməsidir. "Kamp Nou"nun 2026-cı ilədək istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, La Liqada 2025-26 mövsümü avqustun 15-də start götürəcək.