"Real" Vinisius Juniorla razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, "kral klubu" braziliyalı futbolçu ilə müqavilə uzatmaq istəsə də, onlar məvacibdə anlaşa bilmirlər. Braziliyalı illik 30 milyon avro maaş tələb edir. Madrid təmsilçisi isə ona 20 milyon verməyi düşünür.
Bu barədə İspaniya klubuna yaxınlığı ilə bilinən "Marca" nəşri məlumat yayıb.
Futbolçunun ətrafı daha yaxşı anlaşma əldə etmək üçün paralel olaraq Səudiyyə Ərəbistan klubları ilə danışıqlar aparır.
Vinisiusun hazırki sözləşməsi 2027-ci ilin yayında bitir.