Vinisius Junior "Real"da ən çox qazanan futbolçu olacaq.
Offsideplus.az xəbər verir ki, braziliyalı yeni müqavilə ilə birlikdə vergilər çıxıldıqdan sonra ildə 20 milyon avro qazanacaq. Sözləşmənin müddəti isə 2030-cu ilə qədər olacaq.
Madrid klubunda hazırda ən çox qazanan oyunçu Kilian Mbappedir. Ondan sonra isə David Alaba gəlir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Vinisius 2018-ci ildən "Real"da çıxış edir. O, "kral klubu"nun heyətində bu mövsüm 50 oyunda 20 qol vurub və 16 məhsuldar ötürmə edib.