"Barselona"nın hücumçusu Robert Levandovski dünən keçirilən "Selta" ilə oyunda zədələnib.

Offsideplus.az xəbər verir ki, polşalı futbolçunun 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Bu, o deməkdir ki, 36 yaşlı hücumçu "Real" ilə İspaniya Kubokunun final görüşünü və "İnter"lə Çempionlar Liqası matçını qaçırmalı olacaq.

Levandovski cari mövsümdə 48 oyunda 40 qol vurub. O, hazırda La Liqanın bombardiridir.