"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Hansi Flikin fikirlərinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi 2 gün əvvəl keçirilən mətbuat konfransında "Biz "Barselona"yıq, "Real Madrid" deyilik", ifadələrini işlətmişdi.
İtalyan mütəxəssis isə alman həmkarına belə söz atıb: "Hansi Fliklə razılaşıram. "Real Madrid" "Barselona" deyil".
Xatırladaq ki, H.Flik mətbuat konfransında müxbirin "Real Madrid" 1 həftədə 3 oyuna çıxmağı, 72 saatdan az müddətdə futbol oynamağı rədd etdi, siz isə 1 həftədə 3 oyuna çıxacaqsınız", sözlərinə yuxarıda qeyd edilən fikri bildirmişdi.