"Atletiko" klubu mərkəz müdafiəçisi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin arzusu "Tottenhem"də çıxış edən Kristian Romeronu heyətinə qatmaqdır. Komandanın baş məşqçisi Dieqo Simeone argentinalı həmyerlisinin çıxışını çox bəyənir.
Romero 2022-ci ildən "Tottenhem"in formasını geyinir. Onun London klubuyla daha 2 illik müqaviləsi var.
Argentina milli komandasının əsas üzvlərindən biri olan 26 yaşlı müdafiəçi "albiseleste"nin heyətində 41 oyuna çıxıb.