"Barselona"nın qapıçısı İnyaki Penya iş yerini dəyişmək fikrinə düşüb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu klubdakı durumundan razı deyil.

Belə ki, əsas qapıçı Mark-Andre ter Ştegen zədəsini tam sağaltdıqdan sonra Penya faktiki olaraq, 3-cü "əlcək sahibi"nə çevriləcək. Çünki "Barselona" rəhbərliyi ter Ştegenin zədələnməsinən sonra komandaya müvəqqəti cəlb etdiyi Voytsex Şensnı ilə müqaviləni daha bir illiyə uzatmağı düşünür.

Baş məşqçi Hans-Diter Flik Penyanın çıxışından məmnun qalsa da, hadisələrin gedişi qapıçı üçün yaxşı heç nə vəd etmir.

Qeyd edək ki, İnyakı cari mövsüm 22 matça çıxıb, 25 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb. "Barselona"nın yetirməsi olan futbolçunun transfer dəyəri 10 milyon avro qiymətləndirilir.