"Luka Modriç futbol üçün hədiyyədir. Nə vaxta qədər istəsə, o qədər də oynaya bilər. O, öz işinin öhdəsindən çox yaxşı gəlir. Heyətdə belə əfsanəsi oyunçu olduğuna görə bəxtimiz gətirib".

Offsideplus.az xəbər verir ki, bu sözləri Madrid "Real"nın baş məşqçisi Karlo Ançelotti dünən Premyer Liqada "Jirona"ya qarşı keçirilən matçdan sonra deyib.

Bu qarşılaşmada fantastik qol vuran Modriç növbəti dəfə azarkeşləri, futbol ictimaiyyətini yaxşı mənada təəcübləndirib. Xorvatiyalı hücumçu bu yaşda parlaq oyun göstərdiyi üçün yenə tərifə layiq görülüb.

"Mənim 40 yaşında başqa bir futbolçum var idi - Paolo Maldini. Onları bir-biri ilə müqayisə etmək olar. Hər iki futbolçu möhtəşəmdir, 40 yaşında belə oyun göstərmək inanılmazdır. Genetika öz sözünü deyir. Bundan başqa, işə münasibət və peşəkarlıq da vacibdir" - deyə Ançelotti bildirib.

Qeyd edək ki, bu lin sentyabrında 40 yaşını tamamlayacaq Modriç cari mövsüm "Real"da 4 qol vurub, 6 qol ötrməsi verib. Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.