"Benfika"nın ulduzu "Atletiko"nun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, Madrid klubu Portuqaliya nəhəngindən Alvaro Karreras ilə maraqlanır.

Bu barədə jurnalist Ruben Uria "X" hesabında paylaşım edib.

La Liqa təmsilçisi futbolçunun performansını diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, 21 yaşlı Alvaro 2024/25 mövsümündə 36 oyuna çıxıb və 3 qola, 6 məhsuldar ötürməyə imza atıb.