"Real Madrid"in ulduz futbolçusu Vinisius Junior klub satın alıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı oyunçu Portuqaliya II Liqasında çıxış edən "Alverka" klubunun sahibi olub. Bu barədə "Record" nəşri məlumat yayıb.
Klubun səhmlərinin 70%-nə sahib olan Rikaro Visinti öz payını satıb ki, müştərilər arasında Vinisiusun da olduğu bildirilir.
Xatırladaq ki, "Real"ın heyətində daha öncə Kilian Mbappedə Fransa II Liqasında "Kaen" klubunu almışdı.