"Barselona"nın futbolçusu Lamin Yamal peşəkar karyerasında ilk het-trikini La Liqanın 26-cı turu çərçivəsində "Vilyarreal"la matçda (4:1) reallaşdırıb.
Offsideplus.az “Opta”ya istinadən xəbər verir ki, Yamal bu göstərici ilə 21-ci əsrdə İspaniya çempionatında het-trik edən ən gənc futbolçu kimi tarixə düşüb.
18 yaşlı hücumçu bu mövsüm klubun heyətində bütün yarışlarda 31 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Yamalın Katalon klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə kimi nəzərdə tutulub.



