Fransa millisinin sabiq hücumçusu Antuan Qrizmannın karyerasını ABŞ-də davam etdirməyə yaxın olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, məlumata görə, 34 yaşlı futbolçu “Atletiko Madrid”dən “Orlando Siti”yə transfer üçün qabaqcıl danışıqlar aparır.
Qrizmann uzun müddətdir MLS-ə keçidlə əlaqələndirilirdi və proses artıq real mərhələyə daxil olub. Transferin reallaşması üçün danışıqların başladığı və “Orlando Siti”nin idman direktoru Rikardo Moreiranın bu məqsədlə Madriddə görüşlər keçirdiyi qeyd olunur.
Tərəflər arasında razılaşmanın yaxın vaxtlarda əldə olunacağı istisna edilmir.


