“Barselona” və “Mançester Yunayted” Markus Reşfordun mümkün transferi ilə bağlı ilkin danışıqlara start verib.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu təxminən 30 milyon avroluq satınalma maddəsindən bir qədər aşağı məbləğ üçün razılaşma əldə etməyə çalışır.
Digər tərəfdən, Maykl Karrik Reşfordu yenidən “Mançester Yunayted”ə qaytarmaq istəyir. Lakin hücumçunun əsas istəyinin “Barselona”da qalmaq olduğu bildirilir.



