"Real Madrid"in ulduzu baş məşqçidən narazılığını rəhbərliyə bildirib.
Offsideplus.az xəbər verir ki, müdafiəçi David Alaba komandasındakı oyun vaxtının az olmasından narazıdır. Avstriyalı futbolçu əsas heyətdə nadir hallarda şans qazanmasını başa düşmədiyini bildirib.
Alabanın bu məsələ ilə bağlı klub daxilində mövqeyini açıq şəkildə ifadə etdiyi və baş məşqçi barədə narazılığını rəhbərliyə çatdırdığı qeyd olunur.
Təcrübəli müdafiəçi mövsüm ərzində daha çox oyun vaxtı almaq istəyir və qərarların səbəbləri ilə bağlı izahat gözləyir. Bu vəziyyət “Real Madrid”in müdafiə xəttində rotasiya və gələcək planlarla bağlı suallar yaradıb.


