“Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek yay transfer pəncərəsində klubunu tərk edəcəyi təqdirdə yalnız “Real Madrid”ə keçməyə hazır olduğunu qərarlaşdırıb.

Offsideplus.az xəbər verir ki, alman futbolçunun transfer qiyməti təxminən 40–50 milyon avro civarında dəyərləndirilir.

“Real Madrid” rəhbərliyinin isə mərkəz müdafiəçi mövqeyi üçün Şlotterbeki ciddi şəkildə istədiyi və transferi yaxından izlədiyi bildirilir.