La Liqanın ulduzu liqanı tənqid etdi.
Offsideplus.az xəbər verir ki, “Real Oviedo”nun kapitanı Santi Kazorla bu addımı atıb. Buna səbəb komandanın “Rayo Valyekano” ilə liqa oyununun starta bir neçə saat qalmış təxirə salınması olub.
La Liqa rəhbərliyi qərarı “Valyekas” stadionundakı meydançanın təhlükəsiz olmaması ilə izah edib. Lakin Oviedo klubu bu qərarın çox gec bildirildiyini vurğulayıb. Bildirilib ki, komanda və azarkeşlər artıq Madriddə idi və qəfil təxirəsalma ciddi narazılıq yaradıb.
Oviedo rəhbərliyi həmçinin La Liqanın qərarı ilə bağlı hüquqi addımlar atma ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.
“Arsenal”ın sabiq yarımmüdafiəçisi Santi Karsola narazılığını sosial şəbəkə X hesabında paylaşıb və La Liqanı Premyer Liqa ilə müqayisə edib:
“Həqiqət budur ki, La Liqa hər baxımdan Premyer Liqadan işıq illəri qədər GERİDƏDİR.”
Qeyd edək ki, Santi Kazorla “Arsenal”da altı il çıxış edib və London klubunun heyətində iki dəfə İngiltərə Kubokunu qazanıb. O, 2023-cü ilin avqustunda doğma klubu Oviedoya qayıdıb və ötən mövsüm komandanın La Liqaya yüksəlməsində mühüm rol oynayıb.
Hazırda “Real Oviedo” turnir cədvəlinin son pilləsində yer alır. Komanda 22 oyunda 3 qələbə, 7 heç-heçə və 12 məğlubiyyətlə çıxış edib.



