La Liqa rəhbərliyi qanunsuz yayımlara qarşı mübarizə çərçivəsində yeni təşviq mexanizmi tətbiq edib.

Offsideplus.az xəbər verir ki, qurumun qərarına əsasən, La Liqa oyunlarını qanunsuz şəkildə yayımlayan barlar və kafelər barədə onlara məlumat verən şəxslərə 50 avro mükafat təklif olunur.

Məlumata görə:

  • Şikayətlər anonim şəkildə edilə bilər
  • Təsdiqlənmiş hallar üzrə ödəniş nəzərdə tutulur
  • Məqsəd pirat yayımın qarşısını almaqdır

Bu addım azarkeşlər və biznes sahibləri arasında birmənalı qarşılanmayıb; bəziləri bunu effektiv nəzarət üsulu saysa da, digərləri isə bunu biabırçılıq adlandırır.