“Real Madrid”in hücumçusu Vinisius Junior artıq komandada toxunulmaz futbolçu hesab edilmir.

Offsideplus.az xəbər verir ki, braziliyalı vinger klub və milli komanda səviyyəsində keçirdiyi son 19 oyunda qol vura bilməyib.

Toni Kroosun gedişi “Real”ın yarımmüdafiəsində ciddi boşluq yaratdığı halda, Vinisiusun mövqeyində vəziyyət fərqlidir.

Madrid klubunun braziliyalı futbolçunu əvəzləyə biləcək bir neçə alternativ variantı mövcuddur.