UEFA Konfrans Liqasının III Təsnifat mərhələsində "Zirə" "Osiyek"lə cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "qartallar" əsas və əlavə vaxtı 2:2 hesabla yekunlaşan oyunda penaltilər seriyasında rəqibi 2:1 hesabla məğlub edib və mərhələ adlayıb.

Oyunda baş verən maraqlı məqamları diqqətinizə çatdırırıq:

*Matç başlamazdan öncə Rəşad Sadıqov rəqib skamyasına qədər gedərək, Federiko Kopitelli ilə görüşdü.

*15-ə yaxın "Osiyek" azarkeşi "Zirə" ilə oyun üçün Bakıya təşrif buyurmuşdu.

*Verdan Yuqoviçin qolundan sonra "Osiyek" futbolçuları qələbəni azarkeşlər ilə qeyd etdi və polis azarkeşləri kapitandan ayırmağa çalışdı.

*"Zirə" Xorvatiya klubuna qalib gələrək mərhələ adlayan ilk Azərbaycan klubu oldu. Daha öncə "Xəzər Lənkəran" və "Neftçi" "Dinamo"ya (Zaqreb) uduzub.