Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” - “Makkabi” qarşılaşmasına satılan bilet sayı məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşə 7500 bilet satılıb. Qeyd olunub ki, hazırda satışda 500 bilet qalıb.

Matç iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda "Sabah" rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.