"Sumqayıt" sabah Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"la qarşılaşacaq.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqibin baş məşqçisi Tomaş Petonun mətbuat konfransı ləğv olunub.

Buna səbəb kollektivin Bakıya uçuşunun gecikməsidir. 

Qarşılaşma sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab oyunu isə 1 həftə sonra Macarıstanda baş tutacaq.