“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi “Fehervar” heyətini gücləndirməkdə davam edir.

Offsideplus.az xəbər verir ki, komanda Georgi Omingerini heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi “Puşkaş Akdemiya”dan icarəyə götürülüb.

O, həmçinin Macarıstanın U-21 millisinin formasını geyinir.

"Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də keçirəcək. Cavab qarşılaşması isə ayın 31-də Macarıstanda baş tutacaq.