UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivsəində keçiriləcək "Sumqayıt" - "Fehervar" (Macarıstan) oyununa bilet satışı davam edir.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyə qədər azarkeşlər tərəfindən 1500 bilet alınıb.

Qarşılaşma iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletləri "İtcket.az" saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.