UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da Kiprin Limassol şəhərindəki "AEK Arena" stadionunda keçiriləcək "Aris" - "Neftçi" oyunu öncəsi komandanın baş məşqçisi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Offsideplus.az xəbər verir ki, Tədbir iyulun 20-i Bakı vaxtı ilə saat 21:00-da "AEK Arena"nın mətbuat zalında baş tutacaq.

Konfransdan sonra - saat 21:30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.