UEFA Konfrans Liqası finalında "Çelsi" "Real Betis"i 4:1 hesabı ilə məğlub edərək, çempion olub. 

Offsideplus.az xəbər verir ki, matçın son dəqiqələrində Antoni və Enzo Fernandez arasında mübahisə düşüb. Antoni "Çelsi"nin futbolçusu Enzoya ayağa qalxması üçün əl uzatsa da, argentinalı imtina edib. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb və braziliyalı rəqib futbolçunun üstünə şığıyıb. 

Matçın hakimi epizoda görə sarı vərəqə göstərməyə lüzum görməyib.

Videonu təqdim edirik: