Konfrans Liqasında "Osiyek"i məğlub edən "Zirə" pley-off mərhələsinə yüksəlib.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Çox gərgin oyun oldu, gözlədiyimizdən də gərgin idi. Şükürlər olsun ki, futbolçular oyun tempini qorudurlar. Onlarla fəxr edirəm, öpüb bağrıma basıram. Azarkeşlərimizi və futbol camiəsinə təbrik edirəm".