Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" "Fehervar"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu gün oyundan əvvəl Samir Abasovun mətbuat konfransı keçirildi. 

Mütəxəssis qarşılaşma haqda bunları söylədi:

"Fikirləşirəm ki, sabah ağır və maraqlı olacaq. Öz meydanımızda oynayırıq. Azarkeşlərimizin arenanı dolduracağına inanıram. Oyun bitməmiş nəsə demək çətindir. Sabah ümidləri doğrultmaq üçün meydana çıxacağıq. İnanıram ki, maraqlı qarşılaşma olacaq".

Samir Abasov "Fehervar"dakı problemlərin oyuna təsir etməyəcini bildirdi:

"Ümumiyyətlə, rəqib haqda mətbuatda yazılanlara fikir verməmişik. "Fehervar" çətin komandadır. "Qəbələ" ilə oyunlardan onları tanıyırıq. İnanmıram ki, rəqibdə baş verən proseslər mərhələ üçün həlledici olacaq. Sabah öz komandamızın oyunu əsas olacaq".