Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə baş tutacaq "Dunayska Ştreda" - "Zirə" matçının hakimləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, avqustun 1-də keçiriləcək oyunu Şimali Makedoniyadan olan referilər idarə edəcək.

Görüşdə söz sahibi Yovan Kaçevski olacaq. Ona Slaqjan Markoski və Branko Putilin kömək edəcək. Dördüncü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Projkovska yerinə yetirəcək.