AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Estoniyada "Payde" ilə Belçanın "Anderlext" komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçının UEFA nümayəndəsi olacaq.

Estoniyanın paytaxtı Tallində baş tutacaq görüş avqustun 3-də keçiriləcək.