UEFA Konfrans Liqasında Fransanın "Marsel" klubuyla qarşılaşacaq olan "Qarabağ"ın bir problemlə üz-üzə qalacağı gözlənilirdi.
Belə ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 15-dən ölkədə çıxış edən bütün futbolçulardan koronavirusa qarşı peyvəndin hər iki dozasının tələb olunacağını bildirib.
Belə sual ortaya çıxdı ki, görəsən, bu "Qarabağ"a da təsir edəcək?
Bu məsələyə aydınlıq gətirmək üçün Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında belə problemim olmayacağını deyib.
Qeyd edək ki, "Marsel" – "Qarabağ" oyunu fevralın 17-də baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.
Cavid Əliyev